Sağlam yuxu qrafiki vaxtından əvvəl ölüm riskini 40 faiz azaldır.
Azpost.info bildirir ki, bu barədə Harvard Tibb Məktəbinin alimləri apardıqları araşdırmada müəyyən ediblər.
Tədqiqat İndianapolisdə yuxularla bağlı Peşəkar Assosiasiyasının iclasında təqdim olunub.
Alimlər MESA tədqiqatı çərçivəsində cəlb olunan 1750 iştirakçını yeddi il izləyiblər və bu tədqiqatın məlumatlarından istifadə ediblər. Həmin şəxslərin biləklərinə yuxu rejimini, gündəlik işıq və fiziki fəaliyyətini qiymətləndirən cihazlar taxıblar.
1015 iştirakçı optimal yuxu kateqoriyasına, 744 nəfər yuxu çatışmazlığı (gecədə yeddi saatdan az yuxu) kateqoriyasına təsnif edilib. Müşahidə dövründə 176 nəfər dünyasını dəyişib.
Müntəzəm olaraq kifayət qədər yuxu alanlarda vaxtından əvvəl ölüm ehtimalı 40% aşağı olub.
Araşdırma hər bir insanın hər gecə 7-9 saat yuxuya ehtiyacı olduğunu göstərir. Altı yaşdan 12 yaşa qədər olan uşaqlar gecə doqquz-12 saat, yeniyetmələr isə səkkiz-10 saat yatmalıdır.
Çoxsaylı tədqiqatlar yuxu çatışmazlığı ilə xroniki sağlamlıq problemləri arasında əlaqəni göstərib: ürək xəstəlikləri, böyrək və qan damarları, diabet, insult, piylənmə və depressiya dərin və sağlam yuxuya mane olan problemlərdir.
Azpost.info