ABŞ Almaniyada Ukraynaya yardım üçün qərargah yaradır- Silah tədarükünə nəzarət edəcək

“ABŞ Almaniyada Ukraynaya yardım qrupunun fəaliyyəti üçün qərargah yaradır”.

Azpost.info xəbər verir ki, bunu Pentaqonun mətbuat xidmətinin yetkilsi Sabrina Sinq bildirib.

Onun sözlərinə görə, qrup Kiyevə silah tədarükünə nəzarət edəcək: “Məmnuniyyətlə elan edirəm ki, Pentaqon SAGU adı altında Ukraynaya yardım qrupu yaradacaq. ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının rəhbərliyi altında Almaniyanın Visbaden şəhərində xüsusi qərargah olacaq və səylərimizi əlaqələndirməyə xidmət edəcək”.

Azpost.info

Əvvəlki məqalə

İcbari Tibbi Sığorta Fondunun 2027-ci ilə kimi büdcə gəlirləri açıqlanıb

Sonrakı məqalə

Rusiya Aİ-dən “Rosselxozbank”a qarşı sanksiyaların ləğvini istəyib