ABŞ Alyaska üzərində uçan naməlum obyekti “F-22” qırıcısı ilə vurdu- Kirbidən AÇIQLAMA

“Fevralın 10-da səhər prezident Co Bayden Müdafiə Nazirliyinə Alyaska üzərində yüksək hündürlükdə uçan obyekti məhv etməyi əmr edib”.

Azpost.info xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“ABŞ Müdafiə Nazirliyi obyektin keçidini 24 saat ərzində müşahidə edib. Obyekt 12 kilometr yüksəklikdə olub və mülki aviasiya təyyarələrini təhdid edə bilərdi”, – Kirbi qeyd edib.

Kirbi bildirib ki, obyekt hazırda buzla örtülü olan ABŞ ərazi sularına düşüb. O, hədəfin “ hava şarı” olmadığını vurğulayıb: “Kiçik avtomobil ölçüsündə olan obyekt ABŞ-ın ərazi sularına düşüb”.

BBC xəbər verir ki, naməlum hava hədəfi beşinci nəsil F-22 Raptor çoxməqsədli qırıcısı tərəfindən vurulub. Düşən aparatın qalıqları toplanaraq laboratoriya tədqiqatları üçün qəza yerinə yaxınlaşan gəmilərə yüklənib.

Kirbinin sözlərinə görə, vurulan obyektin Çinə, yoxsa başqasına məxsus olduğu hələ aydınlaşdırılmayıb.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan vətəndaşları Ermənistanda mənzillər alıblar –

Sonrakı məqalə

Bayden Polşaya gedir