“Soyuq müharibə” dövründə olduğu kimi Britaniya torpaqlarında ABŞ-ın nüvə silahları olacaq.
Azpost.info xəbər verir ki, bu barədə “The Telegraph” yazır.
Nəşr qeyd edir ki, ABŞ Londondan 110 km aralıda yerləşən “Lakenheath” Hərbi Hava Qüvvələri bazasına nüvə başlıqları daşıya bilən F-35 qırıcı-bombardmançılarından ibarət iki eskadrilya yerləşdirməyi planlaşdırır. Orada nüvə silahı anbarı da yerləşəcək, ABŞ Konqresi bunun üçün artıq 50 milyon dollar ayırıb.
Məsələ ilə tanış olan hərbi mənbə “The Telegraph”a bildirib ki, beşinci nəsil gizli təyyarə olan F-35 bazaya bu ilin sonunda və ya 2024-cü ildə çatacaq. Mənbə bildirib ki, bunlar “Lakenheath”də yerləşdirilən F-15-lərlə müqayisədə daha müasir təyyarələrdir və onların uçuş məsafəsi daha böyükdür.
Hazırda 150-yə yaxın ABŞ B-61 nüvə bombası NATO-nun Avropa üzvlərinin ərazisində – Belçika, Almaniya, Niderland, İtaliya və Türkiyədə yerləşir. Britaniyada ABŞ-ın nüvə silahları 2008-ci ilə qədər yerləşirdi, o vaxta qədər nüvə müharibəsi riskinin azaldılması səbəbindən bombaların çıxarılmasına qərar verildi.
ABŞ-ın Britaniyada nüvə silahı yerləşdirməsi Rusiya prezidenti Vladimir Putinin addımına cavab kimi qiymətləndirilir. Putin martın sonunda Belarusda nüvə silahının yerləşdirildiyini elan edib.
Azpost.info