“ABŞ casusluq və milli təhlükəsizlik bəhanəsi ilə Çin şirkətlərinı sıxışdırır”- Çin XİN

“ABŞ hakimiyyəti casusluq və milli təhlükəsizlik bəhanəsi ilə Çin şirkətlərinə təzyiq edir”.

Azpost.info xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.

O, Vaşinqtonun bu siyasətinə etiraz etdiklərini deyib: “Çin ABŞ-ın milli təhlükəsizlik konsepsiyasını ümumiləşdirməsinə və Çin müəssisələrini sıxışdırmaq üçün dövlət səlahiyyətlərindən sui-istifadə etməsinə qəti şəkildə qarşıdır”.

Qeyd edək ki, dünən ABŞ Senatının bir qrup üzvü “Huawei” və Çinin digər 5G texnologiya şirkətlərinə yeni məhdudiyyətlər qoyan, onları ABŞ bank sisteminə girişdən məhrum edən qanun layihəsi təqdim edib.

ABŞ Ticarət Nazirliyi 2019-cu il mayın 17-də milli təhlükəsizlik təhdidinə görə “Huawei”i qara siyahıya salmış və şirkətin ABŞ-dan yüksək texnologiyalı avadanlıq almaq imkanlarını ciddi şəkildə məhdudlaşdırmışdı.
2021-ci ilin noyabrında prezident Co Bayden ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradan şirkətlərə məhdudiyyətləri daha da sərtləşdirən qanun layihəsini imzaladı.

Azpost.info

 

Əvvəlki məqalə

Kaylinin vəkili korrupsiya ittihamlarını yalanladı:

Sonrakı məqalə

Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin –