ABŞ Çin texnologiya sənayesinə investisiyaları məhdudlaşdırır

ABŞ prezidenti Co Bayden Çin texnologiya sənayesinə investisiyaları məhdudlaşdıran fərman imzalayıb.

Azpost.info xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.

İnvestisiya məhdudiyyətləri milli təhlükəsizlik üçün kritik olan məxfi texnologiyalarla bağlı sahələrə (yarımkeçiricilər və mikroelektronika, kvant informasiya texnologiyaları və süni intellect) şamil edilir.

AP agentliyi yazır ki, Vaşinqton Çinin ABŞ investisiyalarından silahların inkişafına və silahlı qüvvələrinin modernləşdirilməsinə dəstək vermək üçün istifadə edəcəyindən ehtiyat edir. Buna görə də, yeni məhdudiyyətlər Çin iqtisadiyyatını “şikəst etmək” üçün deyil, Pekinin qabaqcıl kompüter çiplərinin ixracına nəzarət üçün ötənilki tədbirlərə əlavə olaraq tətbiq edilir.

Azpost.info

Əvvəlki məqalə

Vəkil həbsdə olan Nazim Bəydəmirli ilə görüşüb

Sonrakı məqalə

Baş Prokurorluq vətəndaşın şikayəti ilə bağlı açıqlama yayıb