ABŞ Çinlə iqtisadi məsələlər üzrə danışıqları nə vaxt bərpa edəcək?- Maliyyə naziri AÇIQLADI

“Vaşinqton Pekinlə iqtisadi məsələlər üzrə danışıqları uyğun vaxtda bərpa edəcək”.

Azpost.info xəbər verir ki, bunu ABŞ maliyyə naziri Canet Yellen deyib.

Yellen bildirib ki, ABŞ və Çin arasındakı təmaslar dünyanın qalan hissəsi üçün də olduqca vacibdir.

Maliyyə naziri əlavə edib ki, Birləşmiş Ştatlar Çinə Rusiyaya dəstək vermənin təhlükəsi barədə xəbərdarlıq edib: “Biz Çin hakimiyyətinə, eləcə də onların yurisdiksiyalarında olan şirkətlərə və banklara sanksiyalarımızı pozduqları təqdirdə hansı ciddi nəticələrlə üzləşəcəklərini izah etməyə davam edəcəyik”.

Vaşinqton və Pekin arasında planlaşdırılan bir sıra təmaslar Çinin kəşfiyyat balonunun ABŞ ərazisi üzərində vurulmasından sonra dayandırılıb. Bundan sonra ABŞ maliyyə naziri Canet Yellen və dövlət katibi Entoni Blinkenin Çinə planlaşdırılan səfərləri təxirə salınıb.

Azpost.info

Əvvəlki məqalə

Nazim İbrahimov bütün əmlakını satıb, kirayədə yaşayır

Sonrakı məqalə

Gənclər Fondunun “Karyera Mərkəzi” sabiq nazirə yaxın sayılan şirkətlə müqavilə imzalayıb