ABŞ-da 11 sentyabr terrorunda ölmüş daha iki nəfərin kimliyi müəyyən edilib

ABŞ-da 11 sentyabr 2001-ci ildə törədilən terror aktlarında ölən daha iki qurbanın şəxsiyyəti müəyyən edilib.

Azpost.info bildirir ki, bununla bağlı Nyu-York şəhər meriyasının saytında bəyanat dərc olunub.

“Nyu-York şəhərinin meri Erik Adams və Nyu-York şəhərinin baş həkimi Ceyson Qrem bu gün 2001-ci ildə Ümumdünya Ticarət Mərkəzinə edilən 11 sentyabr terror aktlarının kimliyi daha iki qurbanın kimliyini elan edib”, – deyə məlumatda bildirilir.

Həlak olmuş kişi və qadının adları ailələrinin xahişi ilə açıqlanmayıb. Qadın və kişinin qalıqları DNT analizi ilə müəyyən edilib.

Nyu-Yorkda törədilən terror aktlarının qurbanlarının 1104 nəfəri naməlum olaraq qalır.

2001-ci il sentyabrın 11-də terrorçular tərəfindən qaçırılan iki sərnişin təyyarəsi Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpılaraq onları tamamilə dağıdıb.

Rəsmi məlumatlara görə, bir-birinin ardınca baş vermiş terror aktları nəticəsində Nyu-Yorkda 2753, Vaşinqtonda 189, Pensilvaniyada 44 nəfər ölüb.

Azpost.info

Əvvəlki məqalə

Türkiyə Ermənistanla heç-heçə etdi

Sonrakı məqalə

Rusiya və Çin ABŞ dollarından imtina edib