ABŞ-da sinaqoqda adamları girov götürən şəxs öldürülüb

ABŞ-ın Texas ştatının Kolleyvil şəhərindəki sinaqoqda naməlum şəxsin girov götürdüyü insanların hamısı azad edilib.

Bunu Texas qubernatoru Qreq Abbott “Twitter”də bildirib.

“Dualar cavablandırıldı. Bütün girovlar sağ-salamat azadlıqdadır”, deyə Abbott yazıb.

“Fort Worth Star-Telegram” konqresmen Beth van Dyneyə istinadən məlumat verib ki, insanları girov götürən şəxs ölüb. Lakin bu xəbər rəsmən təsdiqini tapmayıb.

Bəzi məlumatlara görə, naməlum şəxs terrorizmdə təqsirli bilinən pakistanlı alim Aafia Saddikinin qardaşıdır. Saddikinin vəkili isə bu məlumatların doğru olmadığını bildirib.

Xatırladaq ki, ABŞ-ın Texas ştatının Kolleyvil şəhərində naməlum şəxs sinaqoqdakı insanları girov götürmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zəngilanda 5 bal gücündə zəlzələ olub

Sonrakı məqalə

Ukraynada bütün qəzetlər dövlət dilində çap olunacaq