ABŞ-da virusla bağlı təcridolunma təlimatları dəyişəcək

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi koronavirus xəstəliyinə yoluxan, lakin asimptomatik – simptomları biruzə verilməyən insanların işə qayıtmalarını asanlaşdırmaq üçün özünü təcrid etmək barədə təlimatları dəyişdirməyi düşünür.

Çərşənbə axşamı vitse-prezident Mayk Pens Ağ Evin Koronavirus İşçi Qrupunun İctimai Səhiyyə Agentliyi ilə birlikdə bu təlimatlar haqda ən qısa müddətdə məlumat verəcəklərini deyib

Layihə tam yekunlaşmadığı üçün adının açıqlanmasını istəməyən bir rəsminin dediyinə görə, virusa yoluxmuş insanlar asimptomatik olduqları təqdirdə yenidən işə çıxa biləcək. Lakin onlar gündə iki dəfə qızdırmalarını ölçəcək və maska taxacaqlar.

Yeni təlimatlar əsasən cavabdeh işlərdə çalışanlara aid olacaq.

Tramp administrasiyası xəstəlik səviyyəsinin stabilləşdirilməsi və sosial məsafə məhdudiyyətlərinin azaldılması, habelə durğun iqtisadiyyatı canlandırmaq yollarını axtarır.

Təklif olunan tədbirlər Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin virusa məruz qalan və özlərini təcrid edən ön cənhədəki tibb işçiləri üçün də keçərlidir. Mərkəz virusa yoluxan, lakin simptomları olmayan tibb işçilərinin 14 gündən sonra qızdırmalarını ölçərək və maska taxaraq yenidən işə qayıda biləcəklərini deyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan gecə atəşkəsi 25 dəfə pozub

Sonrakı məqalə

Əfqanıstan hökuməti 100 Taliban məhbusunu azad edib