ABŞ-ın Nyu-Cersi ştatının Kamden şəhərində Xristofor Kolumbun şərəfinə ucaldılmış heykəl götürülüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu addım yerli sakinlərin hökumətə dəfələrlə müraciətindən sonra atılıb.
Əksəriyyətini müxtəlif irqlərə məxsus insanların təşkil etidiy şəhər sakinləri heykəlin götürülməyəcəyi təqdirdə şənbə günü etiraz aksiyası keçirəcəkləri ilə yerli höküməti hədələyiblər. Bundan sonra şəhər icra hakimiyyəti sakinlərin tələbini nəzərə alaraq heykəli demontaj edib.
Bundan əvvəl Amerikanı kəşf edən dəniz səyyahı Xristofor Kolumbun Virciniya ştatının Riçmond, Minnesota ştatının Sent-Pol şəhərlərində ucaldıılmış heykəlləri götürülüb, Boston və Mayamidəki heykəlləri isə vandalizmə məruz qalıb.
Qeyd edək ki, afro-amerikalı Corc Floydun ölümündən sonra ABŞ-da irqçiliyə qarşı etiraz aksiyaları başlayıb. Etirazların nəticəsi olaraq irqçi hesab edilən bir çox şəxsiyyətlərin heykəlləri götürülüb.