ABŞ dövlət katibi və Lavrov telefonda danışıblar –Ukrayna ilə bağlı vəziyyət müzakirə olunub

ABŞ dövlət katibi Entoni Blinken və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Onun sözlərinə görə, tərəflər yanvarın 10-da Cenevrədə keçirilən Strateji Sabitlik Dialoqu, yanvarın 12-də Brüsseldə keçirilən NATO-Rusiya Şurası və yanvarın 13-də Vyanda ATƏT-in Daimi Şurasının iclasları müzakirə ediblər.

ABŞ dövlət katibi Rusiya ordusunun Ukrayna sərhədləri yaxınlığında olması fonunda gərginliyi azaltmaq üçün diplomatik yolun davam etdirilməsinin vacibliyini vurğulayıb.

Entoni Blinken ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı sarsılmaz öhdəliyini təkrar edib və vurğulayıb ki, Avropanın təhlükəsizliyi ilə bağlı istənilən müzakirədə NATO müttəfiqləri və Avropadan tərəfdaşlar, həmçinin Ukrayna iştirak etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Xarici ölkədə silahlı birləşmələrə qoşulan şəxslər həbs olunub –

Sonrakı məqalə

Un, çörək istehsalı və satışının ƏDV-dən azad edilməsi 2024-cü ilədək uzadılıb