ABŞ dövlət katibinin müavini və Ermənistanın XİN başçısı Azərbaycanla sülhü müzakirə edib

ABŞ-da səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandla görüşüb.

TASS xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Mirzoyan və Nuland regional təhlükəsizlik və stabillik məsələləri barədə fikir mübadiləsi aparıblar.

Tərəflər Soçi və Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında əldə edilmiş razılaşmaların icrasını, eyni zamanda, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün danışıqlara başlamaq prosesini müzakirə ediblər.

Əvvəlki məqalə

NATO Rumıniyada yeni döyüş qrupu yaradıb –

Sonrakı məqalə

SSRİ vətəndaşı olan azərbaycanlı hacılar –