ABŞ dövlət katibi və Avropa XİN başçıları BMT-də Lavrovu boykot edib

ABŞ dövlət katibi Entoni Blinken və Qərb ölkələrinin xarici işlər nazirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclasına qatılmayıb.

Azpost.info TASS-a istinadən bildirir ki, iclasda ABŞ-dan BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild iştirak edir. Rusiya Federasiyasında casusluqda təqsirli bilinən və onunla birlikdə BMT-yə gələn Pol Uilanın bacısı iclasda çıxış etməyib,. O, sadəcə Təhlükəsizlik Şurasının zalına girməzdən əvvəl mətbuat üçün açıqlama verib.

İclasda daimi nümayəndələr səviyyəsində Böyük Britaniya və Fransa da iştirak edir.

İclasa BƏƏ-nin dövlət naziri Xəlifə Şahin əl-Marar, Qabonun xarici işlər nazirinin müavini Erman İmmonqo, xarici işlər və regional inteqrasiya nazirinin müavini Tomas Mbomba, Kuba xarici işlər nazirinin birinci müavini Xerardo Penalver Portal qatılıb.

Əvvəlki məqalə

“ABŞ Asiya-Sakit okean regionunda təhlükəsizliyi pozmağa çalışır”

Sonrakı məqalə

Biləsuvarda yaşayış binasında partlayış olub, mənzil dağılıb –