ABŞ gələn həftə Ukraynaya növbəti hərbi yardım paketini açıqlayacaq

ABŞ gələn həftə Ukraynaya növbəti hərbi yardım paketini açıqlayacaq.

Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan brifinqdə bildirib.

“Biz daim Ukraynaya yeni hərbi yardım paketləri hazırlayırıq” – deyən Ceyk Sallivan ABŞ hakimiyyətinin növbəti tranşların ayrılması ilə bağlı Kiyevi müntəzəm məlumatlandırdığını xatırladıb.

ABŞ səlahiyyətliləri Prezident Co Baydenin sentyabrın 21-də Vaşinqtonda ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlar aparacağını bildiriblər. Bundan başqa, Zelenskinin Konqresdə Demokratlar və Respublikaçılar partiyalarının liderləri ilə görüşü də gözlənilir.

Azpost.info

Əvvəlki məqalə

Ordumuzun Gədəbəydəki mövqeləri atəşə tutulub

Sonrakı məqalə

Azərbaycan bu il qeyri-neft məhsullarını ən çox hansı ölkələrə göndərib? –