ABŞ G7 ilə birgə 200-dən çox rusu “qara siyahıya” saldı- Ağ Ev açıqladı

ABŞ bu gün G7 ölkələri ilə birgə Rusiya və üçüncü ölkələrdən olan 200-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edəcək.

Azpost.info xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Bu gün G7 tərəfdaşları və müttəfiqləri ilə koordinasiyada Rusiyanın iqtisadiyyatını daha da zəiflətmək və Ukraynaya qarşı müharibə aparmaq imkanlarını azaltmaq üçün əsas gəlir gətirən sektorlara genişmiqyaslı sanksiyalar tətbiq edəcəyik. Nəticədə həm Rusiyada, həm də Avropa, Asiya və Yaxın Şərqin üçüncü ölkələrində Rusiyanın hərbi səylərini dəstəkləyən 200-dən çox fiziki və hüquqi şəxs məhdudiyyətlərə məruz qalacaq”, – məlumatda deyilir.

Azpost.info

Əvvəlki məqalə

Salyanda 3 nəfər 13 yaşlı qıza cinsi təcavüz edib –

Sonrakı məqalə

Ər, ata və qaynana boşanmaq istəyən qadını zorla maşına basıb apardılar –