ABŞ Gürcüstanda təhsilin inkişafına 14 milyon dollar ayırır

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün Gürcüstana 14 milyon dollar ayıracaq.

Azpost.info xəbər verir ki, USAİD mütəxəssislərinin fikrincə, ölkədə təhsilin keyfiyyəti regionun digər orta gəlirli ölkələri ilə müqayisədə aşağıdır.

“Vəsait müəllimlərin ilkin hazırlığı proqramlarının keyfiyyətinin yaxşılaşdırılmasında, məktəb rəhbərlərinin təhsil prosesində lider kimi potensialının artırılmasında, eləcə də mərkəzsizləşdirmə siyasətinin həyata keçirilməsinin effektivliyinin artırılmasında Gürcüstan hökumətinə dəstək olacaq”, – məlumatda deyilir.

Bundan başqa, amerikalı ekspertlərin fikrincə, gürcü məktəblərində gender stereotipləri üstünlük təşkil edir.

Azpost.info

Əvvəlki məqalə

“Şanlı bayrağın əbədi dalğalansın!”

Sonrakı məqalə

Putinin mətbuat katibi Ukrayna ərazisinə səfər edib