ABŞ həbsxanasından çıxan rusiyalı biznesmen Jirinovskinin partiyasına üzv oldu- FOTO

 LDPR sədri Leonid Slutski partiyanın 33-cü ildönümünə həsr olunmuş tədbirdə ABŞ həbsxanasından çıxan rusiyalı biznesmen Viktor Buta partiya bileti təqdim edib.

Azpost.info xəbər verir ki, o, bu barədə öz “Telegram” kanalında məlumat verib.

Slutski Butu “güclü və cəsarətli şəxs” adlandırıb və LDPR-in hər zaman xaricdə çətin vəziyyətdə olan həmvətənlərinin hüquqlarını müdafiə etdiyini vurğulayıb.

“Butun hansı funksiyaları yerinə yetirəcəyi gələcəyin işidir. Əminəm ki, Viktor Anatolyeviç sıralarımızda ən layiqli yeri tutacaq”, – Slutski bildirin.

Jirinovskinin ölümündən sonra LDPR-ə Leonid Slutski rəhbərlik edir.

Qeyd edək ki, Viktor But təxminən 15 il ABŞ-da həbsdə olub. O, 2008-ci ildə Ağ Evin tələbi ilə Tailandda həbs edilib. Daha sonra Vaşinqtona aparılıb. But ABŞ vətəndaşlarını öldürmək üçün sui-qəsd hazırlamaqda və terroru dəstəkləməkdə ittiham edilib. O, bir neçə gün əvvəl amerikalı basketbolçu Britni Qraynerlə dəyişdirilib.

Azpost.info

 

Əvvəlki məqalə

Sülhməramlıların komandanı azərbaycanlı etirazçılarla görüşə gəlmir

Sonrakı məqalə

Sabaha olan hava proqnozu