ABŞ hərbçiləri “Əl-Qaidə”yə qarşı mübarizədə yerli xüsusi təyinatlılara kömək etmək üçün Somalidəki Baledoql Hərbi Hava Qüvvələri bazasına qayıdıblar.
Azpost.info xəbər verir ki, bu barədə “The Washington Post” yazır.
2020-ci ildə ABŞ prezidenti postunu tutan Donald Tramp ABŞ-ın demək olar ki, bütün hərbi kontingentini Somalidən çıxarmaq qərarı vermişdi. Nəşrin məlumatına görə, bu qərar “Hərəkat əş-Şəbab əl-Mücahidin” terror qruplaşmasının böyüməsinə səbəb olub. Eyni zamanda ABŞ-ın kəşfiyyat məlumatları təqdim etmək və Somali qoşunlarına havadan dəstək vermək imkanlarına mane olub, hərbi obyektlərin tikintisini ləngidib.
Azpost.info