“ABŞ-ı faşist və tiran idarəçilərdən xilas etmək lazımdır”- TRAMP

“ABŞ-ı faşist və tiran idarəçilərdən xilas etmək lazımdır”.

Azpost.info xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

“Bir ildən sonra həyatınızın ən vacib seçkisində səs verəcəksiniz. Bu seçki ABŞ-ın marksist tiranlar, faşist və kommunistlər tərəfindən idarə olunub-olunmayacağını müəyyən edəcək. Amerikalılar bu seçkilərdə belə insanların rəhbərlik edib-etməyəcəyinə qərar verməlidirlər”, – Tramp bildirib.

O bu “döyüşdə” birlik olmağa və ABŞ-ın hazırkı korrupsioner prezidenti Co Baydenə qalib gəlməyə çağırıb.

Trampın fikrincə, Ağ Ev indi Birləşmiş Ştatlar tarixində ən korrupsiyalaşmış administrasiyadır.

Azpost.info

Əvvəlki məqalə

Dünən cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Sonrakı məqalə

Kim Çen In Şoyqu ilə birlikdə Rusiya hərbi gəmisində…