“ABŞ-ın 400-ə yaxın bioloji laboratoriyası var, təhlükə yaradırlar…”– Rusiya Duması parlamentlərə müraciət etdi

“Ayrı-ayrı ölkələrdə Vaşinqtonun nəzarətində olan 400-ə yaxın ikili təyinatlı bioloji laboratoriya var”.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Dumasının bu gün qəbul etdiyi sənəddə deyilir.

“ABŞ-ın öz ərazisindən kənarda hərbi-bioloji fəaliyyəti ilə əlaqədar dünya ölkələrinin parlamentlərinə müraciəti haqqında” adlanan sənəd başqa ölkələrin parlamentlərinə göndəriləcək. Onlardan bu istiqamətdə araşdırmalar aparmaq xahiş olunacaq.

Rusiya parlamentariləri iddia edirlər ki, Pentaqon öz ixtisaslaşdırılmış tədqiqat mərkəzlərində gələcək tədqiqatlar üçün xüsusilə təhlükəli patogen mikroorqanizmləri toplayır. Bundan başqa, genetik materialın seçimini aparır, insan orqanizminin bioloji silahların potensial agentləri ola biləcək müxtəlif patogenlərin təsirinə reaksiyasını müəyyən etmək üçün yerli əhalinin immun sisteminin xüsusiyyətlərini öyrənir.

“Dövlət Duması bəyan edir ki, dünya ölkələrinin parlamentləri ABŞ Müdafiə Nazirliyinin “tibbi və bioloji” adı altında həyata keçirdiyi hərbi-tətbiqi layihələr haqqında bütün məlumatları ictimaiyyətə çatdırmağı ABŞ Konqresindən tələb etməlidirlər”, – sənəddə deyilir.

Azpost.info

Əvvəlki məqalə

“Tərtər işi”nə görə həbs edilmiş 6 nəfərin həbs müddəti uzadıldı

Sonrakı məqalə

Sabahdan mobil telefonların qeydiyyatı sərtləşdirilir –