ABŞ-ın İraqdakı Səfirliyi raket atəşinə məruz qalıb

ABŞ-ın İraqdakı Səfirliyi növbəti dəfə raket hücumuna məruz qalıb. Bağdad şəhərinin Yaşıl Zona adlanan ərazisində yerləşən səfirliyə uzaq məsafədən 2 raket atılıb.

İraq mətbuatı xəbər verir ki, atılan hər 2 raket hava hücumundan müdafiə sistemi tərəfindən səfirliyin üzərində zərərsizləşdirilib.

Dünən isə AŞB hərbçilərinin Kərkük vilayəti ərazisində maşın karvanı silahlı hücuma məruz qalmışdı. İraq ABŞ hərbçilərinin ölkə ərazisindən çıxarılması barədə Vaşinqton ilə danışıqlar aparıb. Hətta İraq parlamenti ölkədə xarici dövlətlərə məxsus hərbi hissələrin saxlanılmasını qadağan edən qanun da qəbul edib. Lakin ABŞ hərbçilərini İraqdan çıxarmağa hələ ki, tələsmir və bu da bəzi qruplaşmaları narahat edir.

Qeyd edək ki, İraq xalqı da yad dövlətlərə məxsus hərbçilərin ölkə ərazisində qalmasını istəmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

“Rusiya çürüyür, SSRİ-ni necə bərpa edə bilər?” –

Sonrakı məqalə

“Əsassız bəyanatdır…Lazımi qədər gücümüz var” –