ABŞ-ın müdafiə büdcəsi 858 milyard dollar olacaq- DETALLAR

ABŞ-ın 2023-cü maliyyə ili üçün müdafiə büdcəsi 858 milyard dollar olacaq.

Azpost.info xəbər verir ki, Vaşinqton Asiya-Sakit okean regionunda müdafiənin qarşısının alınması, müttəfiqlərin və tərəfdaşların dəstəklənməsi, həmçinin bu regionda potensialın və döyüş hazırlığının inkişafı üçün 11,5 milyard dollar ayırmaq niyyətindədir.

Sənəd həmçinin Tayvanla təhlükəsizlik sahəsində əməkdaşlığın beş il ərzində 10 milyard dollara artırılmasını nəzərdə tutan Tayvanın Dayanıqlığının Artırılması Aktının həyata keçirilməsinə icazə verir.

Ümumilikdə, qanun layihəsində müdafiə xərclərinə Baydenin tələb etdiyindən 45 milyard dollar daha çox vəsait tələb olunur. Çünki Konqresin müzakirəçiləri qlobal inflyasiyanı və Kiyevə daha çox yardımı nəzərə alıblar.

Müdafiə büdcəsi bu ay Senat və Nümayəndələr Palatası tərəfindən təsdiqlənəcək və Baydenin imzalaması üçün Ağ Evə göndəriləcək.

Azpost.info

 

Əvvəlki məqalə

Mikrodalğalı sobanın fəsadları –

Sonrakı məqalə

Məktəbdə direktor olmaq istəyənlərə-