“Rusiyalı milyarderin aktivlərini Kiyevə köçürmək qərarını cavabsız qoymayacağıq”- PESKOV

“Moskva ABŞ-ın rusiyalı milyarder Konstantin Malofeyevin aktivlərini Kiyevə köçürmək qərarını cavabsız qoymayacaq”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O əlavə edib ki, bunun qarşılığında Rusiyanın maraqlarına uyğun addım atılacaq.

“Bizə vəziyyətin təhlili lazımdır. Biz maraqlarımıza ən uyğun olanı etməliyik. İstənilən halda belə addımlar qarşılıqsız qala bilməz”, – Peskov deyib.

O, həmçinin vurğulayıb ki, belə bir qərar ilk növbədə ABŞ-ın özünə bumeranq effekti yaradacaq və etibarını sarsıdacaq: “Bu, Birləşmiş Ştatların müqəddəs hesab olunan mülkiyyət hüququna qəsdindən başqa bir şey deyil”.

Qeyd edək ki, ABŞ-ın Baş prokuroru Merrik Qarland rusiyalı oliqarxın sanksiyaları pozduğuna görə müsadirə edilən  aktivlərinin Ukraynaya ötürülməsinə ilk dəfə olaraq icazə verib.

Azpost.info

Əvvəlki məqalə

“Moskva Bakı və İrəvanı təmkinli olmağa çağırır”

Sonrakı məqalə

Məhərrəm İncə prezidentliyə namizədliyini geri götürdü