ABŞ-ın Ukraynadakı yeni səfiri Bricit Brink Kiyevə gəlib.
Bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi məlumat yayıb.
“Birinkin səfir postuna namizədliyi prezident Bayden tərəfindən aprelin 25-də irəli sürülüb və mayın 18-də Senatda yekdilliklə qəbul edilib. Səfir mayın 29-da Kiyevə gəlib” – deyə məlumatda qeyd dilir.
Brink Bundan əvvəl ABŞ-ın Slovakiyadakı səfiri olub. Bir neçə dildə sərbəst danışan diplomat ABŞ-ın gürcüstan və özbəkistandakı diplomatik missiyalarında işləyib.