“Birləşmiş Ştatlar Ukraynanın Rusiya ilə danışıqlara güclü mövqedən başlaya bilməsini təmin etməyə çalışır”.
Azpost.info xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi NBC telekanalına müsahibəsində deyib.
Kirbi bildirib ki, Vaşinqtonun Ukrayna prezidenti Vladimir Zelenskini danışıqlar masasına oturmağa məcbur etmək planı yoxdur: “Biz Zelenskinin hərbi qüvvələrinə döyüş meydanında uğur qazanmağa kömək etməyə davam edəcəyik”.
O, həmçinin qeyd edib ki, Ukrayna lideri danışıqlar masası arxasına oturmağa hazır olanda bunu güclü mövqe ilə apara biləcək. ABŞ-ın da diqqəti məhz buna yönəlib.
Azpost.info