ABŞ İrana yardım edən şirkətlərə sanksiyalar tətbiq edib

ABŞ İrana yardım edən şirkətlərə qarşı sanksiyalar tətbiq edib. Bu şirkətlərin adları Amerikanın Maliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

ABŞ Maliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, həmin şirkətlər yeni texnologiyalar əsasında istehsal etdikləri elektron cihazları İrana satıblar.

İran isə bu cihazlardan istifadə edərək hərbi yönümlü pilotsuz uçan aparatlar (PUA) istehsal edir.

ABŞ-ın 6 iri şirkət və 1 nəfər fiziki şəxsə qarşı tətbiq etdiyi bu sanksiyaya İran hələlik münasibət bildirməyib.

Əvvəlki məqalə

İsrail, Almaniya və Polşa prezidentləri Varşavada görüşüblər

Sonrakı məqalə

Bayden Çin Sədri ilə telefonla danışacaq