“Vaşinqton Kiyevin Rusiyaya zərbə endirməsinə kömək etməyib”.
Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Birləşmiş Ştatlar Ukraynanı Rusiya ərazisinə zərbə endirməyə təşviq etmir və onlara belə zərbələr endirmək imkanları yaratmır”, – Blinken bildirib.
O, həmçinin əlavə edib ki, hazırda Vaşinqtonda Ukrayna pilotsuz təyyarələrinin Rusiya aerodromlarına endirdiyi zərbələr barədə ətraflı məlumat yoxdur.
Azpost.info