ABŞ Konqresinin komitələri Rusiyadan enerji daşıyıcılıarının alınması, Rusiya Federasiyası və Belarusla normal ticarətin dayandırılması barədə qanun layihəsinə dair razılığa gəlib.
Bu barədə TASS agentliyi məlumat yayıb.
“Biz Rusiyadan enerji daşıyıcılıarının alınması, Rusiya Federasiyası və Belarusla normal ticarətin dayandırılması barədə qanun layihəsinə dair qanunverici aktla bağlı razılığa gəldik”, – deyə Konqres məlumat yayıb.
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bəyan etmişdi ki, rus neftinə qadağa daxil olmaqla Rusiyanın təcridi ilə bağlı qanunverici variantlar öyrənilir.
“Bizim qanun rus neftinin və enerji daşıyıcılarının ABŞ-a idxalını qadağan edəcək, Rusiya və Belarusla normal ticarət münasibətlərini dayandıracaq və Rusiyanın Ümumdünya Ticarət Təşkilatına girişinin qadağan olunması üçün ilk addımı atacaq”-deyə Pelosinin deputatlara müraciətində deyilir.
Pelosi bildirib ki, Bayden administrasiyası Ukraynaya humanitar, hərbi və iqtisadi dəstək üçün 10 milyard dolların ayrılmasını xahiş edib.