ABŞ Konqresi Rusiyaya qarşı sanksiyaları təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası Amerika maliyyə institutlarının Rusiya və Belarusa qarşı tətbiq etdiyi sanksiyalara əməl etməsi ilə bağlı qanun layihəsini qəbul edib.

Bu barədə “C-SPAN” telekanalı məlumat yayıb.

Bildirilir ki, səsvermələr zamanı 418 konqresmen təşəbbüsü dəstəkləyib, ikisi əleyhinə səs verib.

Qanun layihəsi hələ Senatda nəzərdən keçirilməlidir. Yuxarı palata tərəfindən bəyənilsə, təşəbbüs imzalanmaq üçün ölkə Prezidentinə göndəriləcək.

Əvvəlki məqalə

Vaşinqton Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsini ləğv edib

Sonrakı məqalə

Lökbatanda kişi baldızı tərəfindən bıçaqlanıb