ABŞ Konqresi Trampa qarşı cinayət işinin açılmasına səs verib

ABŞ Konqresinin Nümayəndələr Palatasının 2021-ci il yanvarın 6-da Kapitoliya hücumunun şəraitini araşdıran xüsusi komitəsi ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı cinayət işinin başlanması üçün Ədliyyə Nazirliyinə sorğu göndərilməsinə səs verib.

Bu barədə bazar ertəsi “Associated Press” agentliyi məlumat yayıb.

“Nümayəndələr Palatasının 6 yanvar 2021-ci ildə baş verən hadisələr üzrə Komitəsi Ədliyyə Nazirliyinə keçmiş prezident Donald Tramp və onun müttəfiqlərinə qarşı cinayət işi açmağı tövsiyə edib”, – deyə açıqlamada bildirilir.

Öz növbəsində, “Bloomberg” agentliyi qeyd edir ki, dinləmənin iştirakçısı demokrat Ceymi Raskin komitənin topladığı sübutların D.Trampı ittiham etmək üçün kifayət etdiyini bildirib.

Əvvəlki məqalə

Dünya çempionatının ən pis futbolçularının reytinqi –

Sonrakı məqalə

Mbappe məğlubiyyətdən sonra PSJ-dən ayrılmaq istəyir