“ABŞ Krımla bağlı məsuliyyətsiz bəyanatlar verir”- Rusiya XİN

“Krım yarımadası Rusiyanın bir hissəsidir və Ceyk Sallivanın bəyanatları məsuliyyətsizlikdir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O həmçinin bildirib ki, Vaşinqton Moskva ilə münaqişənin gərginləşməsinə çalışır və Rusiya Krımın vurulmasının qarşısını almağın yolunu tapacaq: “Məsələni başqa cür təqdim etmək, təhdid etmək cəhdləri Vaşinqtonun məsuliyyətsiz, gərginləşən kursunun növbəti təsdiqidir”.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Vaşinqtonun Ukraynanın Krıma hücum zamanı Amerika silahlarından istifadə etməsinə qarşı olmadığını bildirib.

Azpost.info

Əvvəlki məqalə

“BMT-nin gücü çatmadı, bizə daha təsirli qurum lazımdır”

Sonrakı məqalə

Azərbaycan və Litva prezidentlərinin məhdud tərkibdə görüşü keçirilib