“ABŞ-la diplomatik münasibətləri kəsməyə ehtiyac yoxdur”- Rusiya səfiri

“Moskva Rusiya ilə ABŞ arasında diplomatik münasibətlərin kəsilməsini yanlış qərar hesab edir”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.

Onun fikrincə, ABŞ-ın da Rusiya ilə diplomatik münasibətləri kəsmək istəyi yoxdur: “Əlaqələri, diplomatik münasibətləri kəsməyə ehtiyac yoxdur. Hesab edirəm ki, bu, yanlış qərar olardı”.

Diplomat həmçinin ümid edir ki, yaxın vaxtlarda ABŞ Senatı ölkənin Moskvadakı yeni səfirini təsdiq edəcək və Amerika səfirliyi tam gücü ilə işləyəcək.

Azpost.info

Əvvəlki məqalə

Kim Çen In qızını ilk dəfə ictimaiyyətə göstərib

Sonrakı məqalə

ABŞ-ın vitse-prezidenti Çin liderini iki ölkə arasında açıq ünsiyyətə çağırıb