“Vaşinqtonda adekvat tərəfdaş və “qırmızı xətləri” keçməmək istəyi varsa, ABŞ-la dialoq baş tuta bilər”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin departament direktoru Vladimir Yermakov bildirib.
“Prinsipcə, biz heç vaxt dialoqdan imtina etməmişik. Eyni zamanda, real dialoq o zaman mümkündür ki, qarşı tərəfdə adekvat tərəfdaş olsun”, – Yermakov deyib.
Onun sözlərinə görə, ABŞ tərəfi bunu anlamalı, eyni zamanda, Rusiyanın maraqlarına riayət edilməlidir: “Əsas odur ki, təhlükəsizlik sahəsində Moskvanın dəfələrlə qeyd etdiyi “qırmızı xətləri” keçməsinlər”.
Azpost.info