ABŞ Məxfi Xidməti Trampı həbsdə də mühafizə edəcək

ABŞ Məxfi Xidməti keçmiş prezident Donald Trampı həbsdə olsa belə, mühafizə edəcək.

Azpost.info xəbər verir ki, Xidmət Konqresin 1965-ci ildə qəbul etdiyi akta əsasən, ölkənin keçmiş prezidentlərinin təhlükəsizliyinə nəzarət etməyə borcludur.

“1965-ci ildən bəri Birləşmiş Ştatların Məxfi Xidməti qanunla keçmiş dövlət başçılarını qeyd-şərtsiz müdafiə etməlidir. Ona görə də Tramp həbsdə olsa belə, bu mtiyazdan istifadə edə biləcək”, – məlumatda deyilir.

Sənəddə o da qeyd olunur ki, keçmiş prezident və həyat yoldaşı imtina etmədikləri təqdirdə, ömürlük mühafizə olunacaqlar.

Azpost.info

Əvvəlki məqalə

“Uşaq haqqında nə demişəmsə, düz demişəm” –

Sonrakı məqalə

İrandan Azərbaycana 16 kq narkotik keçirilməsinin qarşısı alınıb