ABŞ ordusu terror təşkilatı elan edildi- Ruhani qanun layihəsini təsdiq etdi

Prezident Həsən Ruhani İran parlamentinin ABŞ ordusunun terror təşkilatı elan edilməsi ilə bağlı qanun layihəsini təsdiq edib.

APA-nın Tehran bürosunun məlumatına görə, qanun layihəsinə əsasən, Pentaqon və ABŞ-ın Mərkəzi Komandanlığına (CENTCOM) bağlı bütün qurumlar və şirkətlər terror təşkilatı, onların ixtiyarında olan bütün qüvvələr isə terrorçu hesab olunurlar.

Qeyd edək ki, qanun layihəsi general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra yanvarın 7-də parlamentdə qəbul olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir