“ABŞ ordusu Ukraynada yerləşdirilməyəcək” –Bayden Putinə müdaxilə ilə bağlı nə deyib?

“Rusiyanın potensial müdaxiləsininin qarşısının almaq üçün Ukrayna ərazisində ABŞ ordusunun  yerləşdirilməsi məsələsinə baxılımır”. 

Azpost.info Röyter-ə istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Bayden bəyan edib.

Bayden deyib ki, o, Putinlə iki saatlıq görüşü zamanı aydın şəkildə deyib ki, əgər Rusiya Ukryanaya müdaxilə edəcəksə bunun iqtisadi nəticələri olacaq. Bayden əmindir ki, Putin bu sözləri anlayıb.

Bayden bildirib ki, ABŞ NATO ilə müttəfiq ölkələrinin qarşısında onları müdafiə etmək öhdəliyi var. Amma bu öhdəlik Ukraynaya aid olunmur.

“Masa üzərində belə məsələ yoxdur”- deyə Bayden “ABŞ ordusu Rusiyanın Ukraynaya müdaxilə edəcəyi halda ABŞ ordusundan istifadə olunacaqmı?” sualının cavabında bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bəli, Azərbaycan Naxçıvanla nəqliyyat yolu əldə etməlidir” –

Sonrakı məqalə

“Qarabağın Azərbaycandan ayrılması üçün heç bir imkan qoymamışdılar” –