ABŞ ordusuna ilk dəfə “uçan taksi”lər verilib –Şəxsi heyəti daşıyacaq /FOTO

ABŞ Hərbi Hava Qüvvələri  ilk dəfə “uçan taksi”lərlə təchiz olunub.

Azpost.info TASS-a istinadən bildirir ki, ABŞ-ın “Joby Aviation Inc.” şirkəti hava taksilərini HHQ-nin bazasına təhvil verib.

Hərbçilər bu “uçan taksi”lərdən şəxsi heyətin və yüklərin qısa məsafələrə daşınması üçün istifadə etməyi planlaşdırır.

Müqavilənin şərtlərinə əsasən, “Joby Aviation Inc.” ABŞ ordusuna və federal qurumlara 10-a yaxın belə maşın verəcək. Hərbçilərin ikinci hava taksisini 2024-cü ilin əvvəlində alacağı gözlənilir.

Müqavilənin ümumi məbləği 131 milyon dollardan çox olub.

Hərbçilər hava taksi modelini sınaqdan keçirəcəklər. Maşın ümumi yükgötürməsi 454 kq-dır. Taksiyə bir pilot və dörd sərnişin yerləşir.

“Uçan taksi”nin maksimal sürəti 322 km/saatdır, nəqliyyat vasitəsi  40-80 kilometr məsafə qət edə bilir. Bu cür maşınlar hərbçiləri maraqlandırır. Çünki elektrik mühərrikləri ilə işləyən təyyarələrə qulluq etmək daha asandır və şəxsi heyətin və yüklərin qısa məsafələrə, məsələn, Sakit okeanda daşınması üçün istifadə etmək rahatdır.

Azpost.info 

 

Əvvəlki məqalə

Zelenski “Çelsi”nin sabiq hucumçusunu müşavir təyin etdi

Sonrakı məqalə

Müdafiə Naziri Şəhidlər xiyabanını ziyarət edib