ABŞ ordusunun Mərkəzi Asiya üzrə yeni komandanı təyin olunub

ABŞ Quru Qoşunları generalı Maykl Kurilla istefaya getmiş general Kennet Makkenzidən Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri vəzifəsini təhvil alıb.

TASS  xəbər verir ki, bu barədə məlumat CENTCOM-un saytında yer alıb. CENTCOM-un əməliyyat cavabdehliyi zonasına Yaxın Şərq, Cənubi və Mərkəzi Asiya daxildir.

Vəzifənin təhvil alınması mərasimi Tampada (Florida ştatı, ABŞ) keçirilib.

Xatırladaq ki, Makkenzi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına 2019-cu ilin mart ayından rəhbərlik edirdi. Bu il yanvarın 8-də ABŞ Müdafiə Nazirliyi həmin vəzifəyə Maykl Kurillanın təyin edildiyini bildirib.

Əvvəlki məqalə

Xəzərdə zəlzələ olub

Sonrakı məqalə

Rusiya Odessaya “İsgəndər” raketi atdı