“Qərbin digər ölkələrdən də Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb etməsi tərbiyəsizlikdir”.
Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələri ilə birlikdə Qərbin beynəlxalq ticarət əlaqələrinin dağılmasına yönəlmiş birtərəfli addımlarına qarşı çıxır.
“Amerikalılar Orta Asiya ölkələri ilə müxtəlif səviyyəli görüşlərdə birbaşa deyirlər ki, Rusiya ilə əməkdaşlığı davam etdirməyi ağlınızdan belə, keçirməyin və ümumiyyətlə, Rusiya artıq dağlmış bir ölkədir, ona görə də bizə köklənin” – Rusiya XİN rəhbəri əlavə edib.
Azpost.info