“Şimali Koreya lideri Kim Çen Inla görüşməyim onun bu məsələdə səmimi və ciddi olub-olmamasından asılı olacaq”.
Azpost.info xəbər verir ki, “Reuters” bunu ABŞ prezidenti Co Baydenə istinadən yazıb. Bayden bu bəyanatı Cənubi Koreyaya səfəri zamanı keçirdiyi mətbuat konfransında səsləndirib.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Şimali Koreyanın ABŞ-la ciddi danışıqlara hazır olduğuna dair heç bir işarənin olmadığını bildirib. Baydenin Cənubi Koreyaya səfəri ərəfəsində o qeyd edib ki, Şimali Koreya liderinin görüşmək istədiyini göstərən heç bir əlamət yoxdur.
Azpost.info