ABŞ Rusiya ilə bağlı qrant proqramı elan etdi- 6 milyon dollar ayıracaq

ABŞ Dövlət Departamenti Rusiyaya qarşı sanksiyaların tətbiqinə dəstək proqramı üçün tərəfdaş ölkələrə təxminən 6 milyon dollar ayıracaq.

Azpost.info xəbər verir ki, “Rusiyaya qarşı sanksiyaların tətbiqinə tərəfdaşların dəstəyi” adlı qrant proqramı məhdudiyyətlərin təsirinin gücləndirilmək və Moskvanın onlardan necə yan keçdiyinin yollarını tapmaq məqsədi daşıyır.

ABŞ hökuməti iddia edir ki, Moskva işğal etdiyi Ukrayna torpaqlarının Rusiya ərazisi kimi tanımaqdan imtina edən ölkələrə siyasi-iqtisadi təzyiq göstərmək üçün neft və qazdan, eləcə də əlaqəli infrastrukturdan istifadə edir.

Məlum proqram ABŞ-ın tərəfdaşlarına Ukraynadakı vəziyyətlə əlaqədar Moskvaya qarşı tətbiq edilən sanksiyaları gücləndirməkdə kömək edəcək. Xüsusilə, söhbət sanksiyalara məruz qalan Rusiya və Belarus firmalarının müəyyən edilməsində və onların beynəlxalq təchizat zəncirlərinə çıxışının məhdudlaşdırılmasında xarici tərəfdaşlara yardım göstərməkdən gedir.

Dövlət Departamentinin tərəfdaş kimi nəzərdə tutduğu ölkələrin sırasında Gürcüstan, Ermənistan, Serbiya, Türkiyə, Panama, Monqolustan, Sinqapur, Hindistan, Vyetnam, Qazaxıstan, Qırğızıstan və Özbəkistan da var.

Bir qrantın məbləği 50-250 min dollar arasında dəyişəcək.

Azpost.info

 

Əvvəlki məqalə

İmran Xana mitinqdə sui-qəsd edildi –

Sonrakı məqalə

Ceyhun Bayramov, Blinken və Mirzoyan görüşəcək