ABŞ Rusiya təsirinə qarşı mübarizəyə 300 milyon dollar ayıracaq

ABŞ-ın 2023-cü maliyyə ili üçün federal büdcə layihəsində Rusiyanın dünyada təsirinin qarşısını almaq üçün 300 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulub.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ Senatının saytında dərc edilmiş məlumatda deyilir.

Məlumata görə, ABŞ Rusiyanın təzyiqi altında olan ölkələrin enerji müstəqilliyini, iqtisadi sabitliyini qorumaq niyyətindədir.

Bazar ertəsi ABŞ Konqresinə 2023-cü maliyyə ili üçün hökumətin 1,7 trilyon ABŞ dolları məbləğində maliyyələşdirilməsi ilə bağlı qanun layihəsi təqdim edilib. Bu qanun Kiyevə və ABŞ-ın NATO-dakı müttəfiqlərinə 44,9 milyard dollar təcili yardım ayırmağı da nəzərdə tutur.

Azpost.info

Əvvəlki məqalə

“Aİ-ni Tayvan məsələsində ehtiyatlı olmağa çağırırıq”

Sonrakı məqalə

“Rusiya silah ehtiyatlarını artırmaq imkanından məhrum edilməlidir”