ABŞ Rusiyaya sanksiyalardan yayınmağa kömək edən 150 fiziki və hüquqi məhdudiyyətlər tətbiq edəcək.
Azpost.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Məhdudiyyətlər ABŞ texnologiyası ilə hazırlanan malların daşınmasına kömək etdiyi iddia edilən şəxslərə şamil olunacaq.
Yeni sanksiyalar siyahısına iki fin şirkəti və onların Fransa və Estoniyadan olan əməkdaşları da daxildir.
Qəzet yazır ki, ABŞ hakimiyyəti son aylarda Macarıstan, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə kimi ölkələrin hökumətlərinə müraciət edərək sanksiya rejimini pozan şirkətlərin fəaliyyətini məhdudlaşdırmağı xahiş edib.
Azpost.info