ABŞ sabah Rusiya və Çinə yeni sanksiyalar tətbiq edəcək

ABŞ G7 ölkələri ilə birlikdə sabah, fevralın 24-də yeni sanksiyalar paketini təqdim edəcək. Sanksiyalar Rusiya banklarına və Moskvaya yardım göstərən Çin şirkətlərinə qarşı məhdudiyyətləri nəzərdə tutur.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Viktoriya Nuland “The Washington Post”a bildirib.

Nuland qeyd edib ki, yeni məhdudiyyətlər həm də Rusiyanın sanksiyalardan yayınmasının və ölkənin hərbi sənaye kompleksi üçün yüksək texnologiyalı avadanlıqların idxalının qarşısını almağa yönələcək.

Sanksiyalar Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərdən yan keçməyə kömək edən Avropadakı Çin şirkətlərinə də təsir edəcək.

Rusiya-Ukrayna münaqişəsinin ildönümü günü olan fevralın 24-də G7 ölkələri və Aİ-nin də Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayacağı gözlənilir.

Azpost.info

Əvvəlki məqalə

Putin Paşinyanla telefonla danışdı

Sonrakı məqalə

Xalq artisti Əli Əsgərov vəfat edib –