ABŞ Senatı SSRİ-yə etdiyi yardımı Ukrayna üçün təsdiqləyib

ABŞ Senatı Ukraynaya sürətləndirilmiş hərbi yardımın göstərilməsi məqsədilə lend-liz haqqında qanun layihəsini təsdiqləyib.

Azpost.info bildirir ki, bu barədə Politiko nəşri palatanın saytına istinadən məlumat verib.

Senatorlar yekdilliklə sənədi dəstəkləyiblər.

Sənədə əsasən hərbi texnika Ukrayna hökuməti üçün nəzərdə tutulubsa və mülki əhalinin müdafiəsi üçün zəruridirsə, onun icarəyə verilməsi və ya tədarükü səlahiyyəti ilə bağlı Prezidentə qoyulmuş bəzi məhdudiyyətlər müvəqqəti olaraq aradan qaldırır.

Qanun layihəsində həmçinin Ukraynanın mühüm kritik infrastrukturuna Rusiyanın hər hansı kiberhücumunu “silahlı hücum” kimi nəzərdən keçirmək təklif edilir.

Sənəd yanvar ayında Senata təqdim edilib. Aprelin əvvəlində Ukrayna hadisələri ilə bağlı Xarici Əlaqələr Komitəsində buna baxılıb. Qanun layihəsi Senatda təsdiqləndikdən sonra Nümayəndələr Palatasına, orada qəbul edilərsə, ABŞ prezidentinə göndəriləcək və yalnız bundan sonra qanuna çevriləcək.

Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan bəri Vaşinqton Kiyevə hərbi yardım kimi 1,6 milyard dollar dəyərində silah və texnika verib.

ABŞ “Lend-liz” qanunu ilə İkinci Dünya Müharibəsi illərində anti-Hitler koalisiyasındakı müttəfiqlərini, o cümlədən Sovet İttifaqını silah və strateji materiallarla təchiz edib.

Əvvəlki məqalə

Şəhidləri təhqir edən ruhi xəstə dispanserə təhvil verilib

Sonrakı məqalə

SOCAR Bakıdakı neft emalı zavodunun işini müvəqqəti dayandırır