ABŞ senatorları “TikTok” sosial şəbəkə tətbiqinin federal hökumət qurumlarına məxsus iş elektron cihazlarında istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyiblər.
Azpost.info xəbər verir ki, bu barədə ABŞ qanunverici orqanının yuxarı palatası məlumat yayıb.
Respublikaçı senator Coş Haulinin müəllifi olduğu sənədin mətninə əsasən, tətbiq federal qurumlara məxsus işləyən cihazlardan silinməlidir.
Qanun həmçinin onun sonrakı yüklənməsini və bu cihazlarda istifadəsini qadağan edir.
Eyni zamanda, sosial şəbəkədən hüquq-mühafizə, milli təhlükəsizlik və informasiya təhlükəsizliyi tədqiqatları üçün istifadə edildikdə bir sıra istisnalar nəzərdə tutulur.
Senatda yekdilliklə qəbul edilən qanun layihəsi prezident Co Bayden tərəfindən imzalanmadan əvvəl ABŞ Nümayəndələr Palatasında nəzərdən keçirilməli olacaq.
Azpost.info