ABŞ senatı Trampın İrana qarşı hərbi əməliyyat keçirməsinə qadağa qoydu

14 Fevral 2020 - 10:40

ABŞ Senatı ABŞ Prezidenti Donald Trampın İran qarşı hərbi əməliyyat keçirmək səlahiyyətlərini məhdudlaşdıran qətnamə qəbul edib.

RİA Novosti xəbər verir ki, qətnamənin lehinə 55, əleyhinə isə 45 senator səs verib.

Sənədi Senata Demokrat Tim Keyn təqdim edib. Qətnamənin mətni Trampı “30 gün ərzində İrana yönəlmiş bütün düşmənçilik hərəkətlərini dayandırmağa” məcbur edir.

Qeyd edək ki, bundan əvvəl də Nümayəndələr Palatası oxşar qətnamə qəbul etmişdi.