ABŞ taxıl dəhlizinin bərpasına görə Türkiyəyə təşəkkür edib

ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Bu barədə Türkiyə XİN məlumat yayıb. Məlumata əsasən, telefon danışığı zamanı nazirlər Ukraynadakı son hadisələri, xüsusilə, taxıl dəhlizi problemini müzakirə ediblər.

M.Çavuşoğlu E.Blinkenə Türkiyənin taxıl sazişinin problemsiz davam etməsi üçün atdığı təşəbbüslər barədə məlumat verib. ABŞ dövlət katibi Türkiyənin təşəbbüsləri nəticəsində dəhlizin bərpasına görə təşəkkür edib.

Nazirlər həmçinin Finlandiya və İsveçin NATO-ya üzvlüyü və Türkiyənin F-16 parkının modernləşdirilməsi ilə bağlı məsələlərdən danşıblar.

Əvvəlki məqalə

DYP “Qarabağ” – “Frayburq” oyunu ilə bağlı müraciət edib

Sonrakı məqalə

Avropa İttifaqının Bosniyadakı sülhməramlı missiyasının səlahiyyət müddəti uzadılıb