ABŞ Ukraynaya göndərilən tanklardan bəzi texnologiyaları yığışdırır-FOTO

ABŞ-ın Ukraynaya tədarük edəcəyi “Abrams” tanklarından bəzi texnologiyalar yığışdırılır.

Bu barədə “USA Today” nəşrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, bu səbəbdən Amerika tankları Ukrayna Silahlı Qüvvələrinin yaz hücumunda iştirak etməyəcək.

Belə ki, Vaşinqton texnologiyanın rus qoşunlarının əlinə keçə biləcəyindən ehtiyat edir.

ABŞ rəsmiləri və hərbi ekspertlərin fikrincə, bu, rusların tankı birini ələ keçirib kəşfiyyat üçün istifadə edəcəyi halda zəruri ehtiyat tədbiridir.

Əvvəlki məqalə

Bərdədə narkotik satan qardaşlar saxlanıb

Sonrakı məqalə

Ermənistan və Azərbaycan liderlərinin mayın 14-də Brüsseldə görüşəcəkləri təsdiqləndi